Avq 18, 2017 08:35 Asia/Baku
  • Trampın impiçment edilməsi üçün Demokrat nümayəndənin planı
    Trampın impiçment edilməsi üçün Demokrat nümayəndənin planı

ABŞ Nümayəndələr palatasında Demokratların nümayəndəsi irqçiliyi dəstəklədiyinə görə prezidentin impiçment edilməsini istəyib.

Hill informasiya portalının məlumatına görə, demokrat Stiv Kohen prezident Donald Trampı irqçiliyi dəstəklədiyinə görə, onun impiçment edilməsi layihəsini Konqresə vermək niyyətində olduğunu deyib. 

Demokrat nümayəndə bir bəyanatda Trampın irqçi qrupları dəstəkləməyə, onların iğtişaşlarını pisləməməyə dair son söhbətlərini tənqid edərək bildirib: Trampın bu sahədəki strategiyası etikadan kənar olmuşdur. 

ABŞ prezidentinin Virciniya ştatında irqçilərin zorakılıqları haqda mövqeyi və radikal sağçı qrupların hərəkətləri qarşısında susması çoxlu tənqidlərə səbəb olmuşdur. 

Virciniya ştatının Şarlottsvil şəhərində irqçi və radikal sağçı qrupların zorakılıqları nəticəsində üç nəfər həlak olub. 

Teqlər