Avq 18, 2017 09:06 Asia/Baku
  • İspaniya polisinin terrorçularla atışması; 4 terrorçu öldürüldü
    İspaniya polisinin terrorçularla atışması; 4 terrorçu öldürüldü

İspaniya polisi cümə günü avtomobillə Barselonanın cənub-qərbində Kambrils şəhərində ötən gecəki Barselona hadisəsi kimi vətəndaşları vurmağa cəhd edən dörd terrorçunun öldürüldüyünü bildirib.

İRİB-in məlumatına görə, İspaniya polisinin terrorçularla toqquşmasında həmçinin altı vətəndaş və bir polis əməkdaşı yaralanıb. 

Ötən gecə də bir furqon avtomobili Barselona şəhərinin mərkəzində Las Ramblasda onlarla vətəndaşa çırpılıb. 

İspaniya polisi cümə axşamı günü aktının səbəbkarı Dris Oukabir adlı şəxsə atəş açaraq öldürüb. 

Həmin aktın məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb. 

Aktdan bir neçə saat sonra başqa bir şəxs avtomobili ilə Barselona şəhərində yoxlama-keçid məntəqəsində iki polisi vurub. 

Hadisədə bir polis yaralanıb. 

İspaniya mediaları avtomobil sürücüsünün polis məmurlarının atəş açması nəticəsində öldürüldüyünü bildiriblər. 

Bir nəfər də Barselonada mənzil partlayışında ölüb. 

İspaniya polisi bildirib ki, bu partlayış cümə axşamı gecəsi hücumları ilə əlaqədədir. 

İspaniyanın Kataloniya bölgəsinin rəsmiləri bildiriblər ki, bu şəhərdə terror aktları nəticəsində indiyə qədər 13 nəfər həlak olub, yüzdən çox insan yaralanıb. 

İspaniya hökuməti Barselona terror aktları ilə əlaqədar ölədə üç günlük matəm elan edib. 

İŞİD terror qruplaşması bundan öncə də Avropa ölkələri, o cümlədən Britaniyada oxşar aktlar törətmişdir. 

Yaxın Şərqdə, xüsusilə də Suriyada yerləşən terrorçulara heç bir köməyi əsirgəməyən Avropa ölkələri hal-hazırda İŞİD terror qruplaşmasının avropalı üzvlərinin geri dönməsi və terror aktların törədilməsinin şahididirlər.