Avq 18, 2017 16:53 Asia/Baku
  • Şimali Koreya Cənubi Koreya və ABŞ-ın birgə təlimlərinə reaksiya verib

Şimali Koreya: ABŞ və Cənubi Koreyanın hərbi təlimləri bölgəni faciəyə sürükləyəcək.

İRNA-nın məlumatına görə, Şimali Koreya dövləti, ordusu və Kütləvi İnformasiya Vasitələri ABŞ və Cənubi Koreyanın yaxın gələcəkdə baş tutacaq hərbi təlimləri ilə əlaqədar iki ölkəyə xəbərdarlıq edərək bildiriblər ki, bu hərbi təlimlər Koreya yarımadasını faciəyə doğru sürükləyəcək. 

ABŞ və Cənubi Koreyanın gələn həftə illik birgə hərbi təlimlərə başlaması qərara alınıb. 

Koreya yarımadasında durum, hazırda ABŞ-ın Şimali Koreya əleyhinə düşmənçilik, təhrikedici və birtərəfli siyasətləri nəticəsində həddindən artıq gərgindir. 

Şimali Koreya və ABŞ son vaxtlar bir-birləri əleyhinə təhdid ritorikasını gücləndiriblər. ABŞ prezidenti Donald Tramp hədələyib ki, Şimali Koreya Vaşinqtonun odu və qəzəbi ilə üzləşəcək. 

Pxenyan da ona reaksiyada bildirib ki, dörd ballistik raketlə Sakit okeanda Quam adasında ABŞ hərbi bazalarına hücumu araşdırmaqdadır. 

Teqlər