Avq 18, 2017 19:14 Asia/Baku
  • Kaliforniya ABŞ-dan ayrılmaq istəyir

Kaliforniya ştatının bir qrup sakini bu ştatın ABŞ-ın Federal Hökumətindən ayrılması üzrə yeni layihəni təqdim edib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, ABŞ-ın son vaxtlar ən böhranlı siyasi dövrünü keçdiyi bir halda, Kaliforniya ştatının bir qrup sakini bu ştatın Federal Hökumətdən ayrılması üzrə yeni layihəni təqdim edib. 

Kaliforniyanın ABŞ-dan ayrılması üzrə yeni layihədə Kalexit-də islahatlar üçün Təsisçilər Məclisinin təşkil olunması istənilib. 

Bu layihədə bildirilir: ABŞ-ın Federal Hökuməti ilə Kaliforniya ştatı arasında hazırkı əlaqələr Kaliforniya və digər vilayətlərin gələcəkdə öz mülkiyyətinə mane olur. Buna görə bu əlaqə yenidən nəzərdən keçirilməlidir. 

Bu layihənin tərəfdarları ümid edirlər ki, öncə təklif olunan iki layihə kimi bu layihə 2018-ci ildə səsverməyə çıxarılacaq. 

Kaliforniyanın Təsisçilər Məclisi üçün müraciəti adlanan yeni təklif Konqresə təqdim olunmazdan öncə ştat qanunvericilərinin dəstəyinə ehtiyaclıdır. 

Kaliforniya ştatı 40 milyon əhalisi ilə ABŞ-ın ən çox əhalisi olan ştatıdır. 

Bu ştatın bir sıra məsələlər, o cümlədən ABŞ prezidenti Donald Trampın miqrant və ətraf mühit siyasətlərinə görə, onun hökuməti ilə ixtilafı vardır. 

Teqlər