Avq 20, 2017 17:45 Asia/Baku
  • On minlərlə amerikalı rasizmə qarşı aksiya keçirib
    On minlərlə amerikalı rasizmə qarşı aksiya keçirib

On minlərlə amerikalı Amerikanın Boston şəhərində rasist qruplara qarşı aksiya keçirib.

Bu aksiya ağdərililərin irqi üstünlüyü tərəfdarlarının çağırışına etiraz olaraq, "söz azadlığı" adı altında keçirilib. Yerli mediaların bildirdiklərinə görə, bu aksiyada 15-30 min nəfər iştirak edib. Polis dəyənək və qiyam əleyhinə təchizatlardan istifadə edərək, bəzi aksiyaçıları amansızcasına yatırıb.

Frans-Press fotoqrafının sözlərinə görə, bəzi aksiyaçılar polis qüvvələrini faşizmi müdafiə etməkdə ittiham ediblər. Ötən iki həftədə Şarlotsvilldə bir qadının irqçilər tərəfindən öldürülməsi ilə öz kulminasiya nöqtəsinə çatmış olaylar ABŞ prezidenti Donald Trampın Şarlotsvill hadisələrinə reaksiyada qeyri-münasib mövqe tutması nəticəsində siyasi bir zəlzələyə və sonda irqçilərin və ekstremist millətçilərin ən mühüm himayədarlarından olan Stiv Benenin kənarlaşdırılması ilə nəticələndi.

Siyasi müşahidəçilər Şarlotsvill hadisələrini Amerikada irqlərin döyüşünün kulminasiya nöqtəsi və sağçı irqin qiyamının başlanğıcı bilirlər.

Tramp Boston şəhərində anti-rasizm aksiyalarına reaksiyada öncə aksiyaçıları "iğtişaşçı" adlandırdı, az sonra isə onları alqışladı.

Teqlər