Avq 20, 2017 20:11 Asia/Baku
  • Texas müsəlmanlarının nümayəndəsi Trampın rasist ifadələrini tənqid edib
    Texas müsəlmanlarının nümayəndəsi Trampın rasist ifadələrini tənqid edib

ABŞ-ın Texas ştatının şimalında yerləşən Amerika-İslam Əlaqələri Şurasının müdiri Amerika prezidentinin ağdərililərin irqi üstünlüyü tərəfdarlarını himayə üzrə sözlərini tənqid edib.

APTN-in məlumatına görə, Aliyə Salim Dallas şəhərində keçirilən anti-rasizm aksiyasında iştirak edərək, deyib: Amerika xalqı rasist təfəkkürlü şəxslərin avtomobillə dinc aksiya iştirakçılarına hücum etdikləri və bu cür hərəkətlərin ABŞ prezidenti tərəfindən təsdiq olunduğu bir ölkə istəmir.

Bu müsəlman fəal avqustun 12-də Virciniya ştatında baş vermiş hadisələrə işarə edibdir. Həmin hadisədə özlərini üstün sayan ağdərililər qrupundan olan gənc bir oğlan avtomobillə rasizm əleyhdarlarına hücum etdi; nəticədə bir nəfər həlak oldu, 19 nəfər isə yaralandı.

Donald Tramp bu hadisəyə reaksiyada rasizmə dəstək mahiyyətli ifadədə hər iki qrupu- özlərini üstün sayan ağdərililər qrupunu və onunla müxalif qrupu bərabər və müqəssir adlandırdı.

Teqlər