Avq 21, 2017 09:26 Asia/Baku
  • Syerra-Leonda sel qurbanlarının sayı 499 nəfərə çatıb
    Syerra-Leonda sel qurbanlarının sayı 499 nəfərə çatıb

Syerra-Leon rəhbərləri dünən bu ölkənin paytaxtı Fritaun şəhərində baş verən daşqın nəticəsində həlak olanların sayının 499 nəfərə çatdığını bildiriblər.

İRİB-in verdiyi məlumata görə, ölənlərin 156 nəfərinin uşaqlar təşkil edir. 

Syerra-Leon Qırmızı Aypara Cəmiyyəti ən azı 3 min insanın evsiz qalması və 500 nəfərin itkin düşməsini bildirərək bölgədə vəba və tifoid xəstəliklərinin yayılması barədə xəbərdarlıq edib. 

Seldən xəsarət alanlar üçün müalicə imkanlarının çatışmaması, cəsədlərin yerləşdirilməsi üçün soyuducu təchizatların olmaması o qədər ciddidir ki, yayılan görüntülərə əsasən qurbanların yaxınları cəsədləri düyü kisələrində daşıyırlar. 

Syerra-Leon Afrika qitəsinin qərbində yerləşir bu ölkə 8 milyon əhaliyə malikdir. 

Teqlər