Avq 21, 2017 14:20 Asia/Baku
  • Amerikada aksiyalar Los-Anclesə də yayılıb
    Amerikada aksiyalar Los-Anclesə də yayılıb

ABŞ-ın Virciniya Ştatının Şarlotsvil şəhərində irqçilik zəminində baş verən toqquşmalardan bir həftə sonra Kaliforniya ştatının Los-Ancles şəhərində də əhali irqçiliyə qarşı ümumölkə aksiyalara qatılıb.

PressTv-nin verdiyi məlumata görə, Los-Ancles əhalisi şənbə günü keçirilən aksiyada ABŞ prezidenti Donald Trampı irqçi qruplara dəstək verdiyinə görə pisləyiblər.

Boston əhalisi də bazar günü küçələrə axışaraq irqçiliyə qarşı şüarlar səsləndirdi. 

ABŞ-ın digər şəhərlərində də oxşar aksiyalar keçirilmişdi. 

Donald Trampın Şarlotsvildə irqçilərin cinayətinə münasibəti ABŞ-da və digər ölkələrdə geniş tənqidlərə səbəb olub.  

Teqlər