Avq 21, 2017 16:42 Asia/Baku
  • Kanzasda anti-rasizm aksiyası
    Kanzasda anti-rasizm aksiyası

Amerikada irqçilik ilə müxalifətin artması ilə bir zamanda bu ölkənin mərkəzində yerləşən Kanzas ştatının əhalisi də rasist qrupların hərəkətlərinə qarşı aksiya keçiribdir.

Dünən Kanzas ştatının müxtəlif şəhərlərində Amerika prezidenti Donald Trampa və rasist qruplara qarşı aksiyalar keçirilib.

Bu məlumata görə, etirazçıların plakatlarından bir neçəsinin üzərində belə yazılmışdı: Tramp, nasistlər və faşistlər getməlidirlər.

Kanzas ştatında rasizmə etiraz edənlər bir neçə dəfə aksiyanın yolunda toplaşmış "‏Three Percent United Patriots" adlı millətçi qrupun üzvlərindən bir neçəsi ilə höcətləşiblər. Amma toqquşma və vuruşma barədə məlumat daxil olmayıbdır.

Kanzas aksiyası ABŞ-ın müxtəlif şəhərlərində rasist qruplara qarşı aksiyaların keçirilməsindən bir gün sonra təşkil olunub.

Bir rasist qrupun üzvü Şarlotsvill aksiyası zamanı öz avtomobilini anti-rasist qrupun üzərinə sürərək, bir nəfəri öldürmüş və bir qrup insanı da yaralamışdı.

Donald Tramp isə rasist qrupları açıq şəkildə pisləyəmə hazır olmayıbdır.

Teqlər