Avq 23, 2017 21:04 Asia/Baku
  • ABŞ-ın müdafiə naziri Türkiyə rəsmiləri ilə görüşüb
    ABŞ-ın müdafiə naziri Türkiyə rəsmiləri ilə görüşüb

ABŞ-ın müdafiə naziri Türkiyənin prezidenti və müdafiə naziri ilə görüşüb.

Ərdoğan bu görüşdə Türkiyənin Vaşinqtonun YPG və PYD bölmələrinə hərbi köməklər göndərməsindən olan narazılığını ABŞ-ın müdafiə nazirinə bildirib.

Ərdoğan və Metits həmçinin bugünkü görüşdə İŞİD və PKK terror qrupları ilə mübarizə və Suriya və İraqın ərazi bütövlüyünün qorunmasındakı qətiyyətliliklərini vurğulayıblar.

Mettis Türkiyəyə səfərində bu ölkənin milli müdafiə nazirliyi qərargahında öz türk həmkarı Nurəddin Canıklı tərəfindən rəsmən qarşılanıb və tərəflər bu mərasimdən sonra müzakirəyə başlayıblar. Suriyada müharibə məsələsi, ABŞ-ın həmin ölkə ərazisindəki əməliyyatı, eləcə də Amerikanın Suriyadakı kürd qruplara hərbi köməkləri və İraq Kürdüstanında referendum məsələsi iki tərəfin müzakirələri mehvəri elan olunubdur. Mettis Ankara səfərindən öncə dünən Ərbilə səfər edərək, İraqın Kürdüstan iqliminin başçıları ilə görüşmüşdü.

Teqlər