Avq 24, 2017 10:04 Asia/Baku
  • Trampın elmi müşaviri də istefa verdi
    Trampın elmi müşaviri də istefa verdi

ABŞ prezidentinin elmi məsələlər üzrə müşaviri Donald Trampın rasist qrupların zorakılıqlarını himayə etməsinə etiraz olaraq istefa verib.

Berkli universitetinin müəllimi və ABŞ prezidentinin elmi məsələlər üzrə müşaviri Daniel Kammen dünən twitter vasitəsilə Trampa ünvanladığı məktubda istefasının dəlilini ABŞ prezidentinin Virciniya ştatının Şarlotsvill şəhərində irqçi qrupların və ifratçı sağçıların zorakılıqlarını dəstəkləməsi adlandırıb.

Bu, Trampın Şarlotsvill hadisələrinə olan reaksiyasına görə ən yeni istefa dəlilidir.

Ağ Evdə “İncəsənət və humanitar elmlər üzrə prezident komitəsi” adlandırılan  incəsənət komitəsinin üzvləri də son zamanlar Trampın rasist qruplara dəstək verməsinə etiraz edərək, istefa verdi və Trampın hakimiyyətdən uzaqlaşmasını istədilər.

Avqustun 11-di və 12-də Şarlotsvilldə irqçilərlə müxaliflər arasında baş vermiş toqquşmada bir nəfər öldü, onlarla nəfər də yaralandı.

Tramp bu hadisələrlə bağlı hər iki tərəfi müqəssir saydı. Medialar və müxtəlif şəxsiyyətlər Trampın sözlərini rasist qrupları himayə kimi şərh etdilər.

Şarlotsvill meri Maykl Singer də Trampı bu şəhərdəki son irqçi zorakılıqların səbəbkarı adlandırdı.

Avqustun 11-di və 12-də Şarlotsvilldə ağdərililərin irqi cəhətdən üstün olması iddiasında olan şəxslər Trampın himayədarları, neonasistlər və ifratçı millətçilərlə yanaşı aksiya keçirərək, mühacirlərə qarşı şüarlar verdilər.

Trampın prezident olmasından bəri Amerikada sağçı ifratçı və irqçi qrupların fəaliyyətləri nəzərəçarpacaq dərəcədə artıbdır.

 

Teqlər