Avq 25, 2017 11:19 Asia/Baku
  • Bokoharam terror qrupunun tələfatı artıb
    Bokoharam terror qrupunun tələfatı artıb

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Mərkəzi bildirib ki, Bokoharam terror qrupunun Nigeriyadakı ilk hücumları 2015-ci ilin fevralında başlanıb və o zamandan bəri təqribən 540 nəfər ölüb, yaralarnıb və ya oğurlanıbdır.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Mərkəzi yanvar ayında yayılmış öncəki statistikasında 2015-ci ilin fevralından 2016-cı ilin sentyabrınadək Nigeriyada Bokoharam terror qrupu tərəfindən 177 mülkinin öldürülməsindən xəbər vermişdi.

Bokoharam terror qrupu 2009-cu ildən bəri Nigeriya, Kamerun, Niger və Çadda 20 mindən çox insanı öldürüb və iki milyondan çox insanı da didərgin salıbdır.

Teqlər