Avq 26, 2017 10:54 Asia/Baku
  • Kabilin İmam Zaman(əc) məscidinə hücumda 60 nəfər şəhid olub və yaralanıb
    Kabilin İmam Zaman(əc) məscidinə hücumda 60 nəfər şəhid olub və yaralanıb

Əfqanıstan paytaxtı Kabil şəhərində İmam Zaman(əc) məscidinə silahlı terrorçuların hücumunda 20 nəfər şəhid olub, 40 nəfər yaralanıb.

Əfqanıstan Səhiyyə və Müalicə Nazirliyinin sözçüsü İsmayıl Kavusi deyib: Kabülün Xeyirxanə ərazisində İmam Zaman məscidinə terror hücumunda 20 nəfər şəhid olub ə 40 nəfər də yaralanaraq xəstəxanaya yerləşdirilib. Şəhidlər və yaralıların çosu mülki əhalidən ibarətdir. O deyib: Bu terror aktının qurbanlarının sayının artacağı ehtimal olunur. 

Terror hücumu cümə namazı keçirilərkən törədilib. Əfqanıstan Müdafiə Nazirliyinin əməliyyat rəisi Əfzəl Əman müxbirlərə deyib: Silahlı hücumçular iki nəfər olublar və onlardan biri üzərindəki partlayıcı maddəni partladıb, başqası isə namaz qılanları girov götürüb. 

Əfqanıstanın Daxili İşlər Nazirliyi də bildirib ki, təhlükəsizlik qüvvələri 100-dən çox namazqılanı xilas edə biliblər. 

Təkfirçi İŞİD qrupu bu terror aktının məsuliyyətini öz üzərinə götürüb. Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni və hökumətin icra başçısı Abdullah Abdullah bu terror hücumunu pisləyərək onu bağışlanmaz cinayət adlandırıblar. 

Teqlər