Avq 26, 2017 14:09 Asia/Baku
  • Pakistanda anti-ABŞ aksiyası
    Pakistanda anti-ABŞ aksiyası

Minlərlə Pakistan vətəndaşı ABŞ-ın bu ölkəyə qarşı təcavüzkar və zorakı siyasətlərinə etiraz əlaməti olaraq İslamabadda aksiya keçirib.

İRNA-nın məlumatına görə, aksiya iştirakçıları ABŞ prezidenti Donald Trampın Pakistan əleyhinə yeni açıqlamasını qınayaraq Vaşinqtonun ekspansionist siyasətlərinə öz qəzəblərini bildiriblər.

Qəzəbli etirazçılar ABŞ əleyhinə şüarlar səsləndirərək bu ölkə bayrağını yandırıb və Trampdan Pakistanın daxili məsələlərinə müdaxilə etməkdən çəkinməsini vurğulayıblar.

ABŞ prezidenti Donald Tramp son vaxtlar Ağ Evin Əfqanıstan qarşısındakı öz strategiyasını elan edərkən Pakistanı terrorizmi dəstəkləmək və təkfirçi qruplara sığınacaq verməkdə suçlayıb.

Trampın Pakistan əleyhinə açıqlaması Pakistanın siyasi-hərbi rəsmiləri və bu ölkə vətəndaşlarının analoqu olmayan reaksiyasına səbəb olub.

Trampın iqtidara gəldiyi zamandan Pakistan vətəndaşlarının anti-ABŞ emosiyaları güclənmişdir.

Teqlər