Sen 02, 2017 18:10 Asia/Baku
  • Dronlar; Avropa üçün yeni təhlükəsizlik problemləri
    Dronlar; Avropa üçün yeni təhlükəsizlik problemləri

Dronlardan istifadənin genişlənməsi onlardan terror hücumlarında istifadə ilə bağlı narahatlıqların da artmasına səbəb olub.

Dronlar yeni təhlükəsizlik problemlərinə səbəb olur. Mütəxəssislər terrorçuların dronlardan terror aktlarında istifadə etmələri ehtimalı barədə xəbərdarlıq edirlər. Bu isə bir sıra ölkələr o cümlədən Avropa ölkələri üçün yeni təhlükəsizlik problemi deməkdir.

Dronlar. Avropanın yeni təhlükəsizlik problemi. Avropada dronlardan geniş formada istifadə edilməsi və bu pilotsuz uçan aparatdan terror əməliyyatlarında istifadə edilməsi ehtimalının güclənməsi Avropa rəsmiləri arasında ciddi narahatlıq doğurmağa başlayıb. Mütəxəssislərin dediklərinə görə Avropa bazarlarında xüsusi ilə İtaliyada satışa çıxarılan dronlar partlayıcı maddə daşımaq qüdrətinə malikdirlər. Belə ki, xXəritəçəkmə və ya təbii fəlakətlər zamanı istifadə edilən və kamera ilə təchiz edilən dronlar partlayıcı maddə daşımaqla potensial təhlükəyə çevrilə bilər.

Bu təhlükə ilə mübarizə aparmaq üçün Fransa və Hollandiyada qartallara dron ovlamaları üzrə təlimlər keçirilir. İtaliya isə lokator sistemlərini gücləndirməklə dronların müəyyən və məhv edilməsi istiqamətində müəyyən addımlar atmağa başlayıb.

İtaliya polisinin rəisi bu barədə deyir: "Biz hazırda şəhərlərdə uçan aparatları müəyyən edən sistemin gücləndirilməsi və inkişaf etdirilməsinə çalışırıq. Amma, hazırda dünyada heç bir sistemin 60 metrə qədər olan hündürlükdə uçan cisimləri müəyyən etməyə qadir olmadığını nəzərə alaraq, bu məsələ üçün çıxış yolu tapmağa çalışırıq."

İŞİD terror qruplaşması son zamanlar bir video-müraciətdə İtaliyanı, xüsusi ilə də paytaxt Romanı terror hücumları ilə təhdid edib.

 

Teqlər