Sen 05, 2017 09:53 Asia/Baku
  • Amerikalı fəhlələr Tramp əleyhinə aksiya keçiriblər
    Amerikalı fəhlələr Tramp əleyhinə aksiya keçiriblər

ABŞ-ın müxtəlif şəhərlərində minlərlə fəhlə ölkə prezidenti Donald Trampın siyasətlərinə etiraz olaraq aksiya keçirib.

İRNA-nın məlumatına görə, amerikalı fəhlələr bazar ertəsi günü əmək qanunu və minimum əmək haqqı barədə qanunun dəqiq şəkildə icra edilməsini, 8 saatlıq iş rejiminə riayət olunmasını və işçi uşaqların hüquqlarının qanunda nəzərdə tutulduğu formada dəstəklənməsini tələb ediblər. 

Amerikalı fəhlələr özləri və ailələri üçün fürsətlərin yaradılmasını və şərəfli bir yaşamla təmin edilmələrini istəyiblər. 

İctimai fəalların dediklərinə görə, bu etiraz aksiyasının keçirilməsinin başlıca səbəbi fəhlə sinfinin üzləşdiyi haqsızlıqlardır. 

Uzun illərdir ki, Amerikada fəhlələr sosial ədalətsizlik və haqsızlıqlara məruz qalırlar. Onlar davamlı olaraq hüquqlarının pozulmasına etiraz olaraq aksiya keçirirlər. 

Amerikada fəhlə sindikatları Donald Trampın siyasətlərini varlı təbəqəni himayə məqsədli hesab edir. Belə ki, bu siyasətlər az təminatlı ailələrin zərərinədir. 

Teqlər