Sen 07, 2017 20:57 Asia/Baku
  • Berlin və Paris Rusiyanın hərbi təlimlərinə münasibət bildiriblər
    Berlin və Paris Rusiyanın hərbi təlimlərinə münasibət bildiriblər

Almaniya və Rusiya müdafiə nazirləri Rusiyanın Belarusda keçirdiyi hərbi təlimlərinə reaksiya veriblər.

FransPress-in verdiyi məlumata görə, Almaniya müdafiə naziri Urslafon  Ursula fon der Lyayen və onun fransalı həmkarı Florens Barli bu gün Stoniya paytaxtı Talində Avropa Birliyinin iclasının kənarında bildiriblər ki, Rusiyanın Zapad adlı hərbi təlimləri bu ölkənin gücü və qabilyyətlərinin nümayiş etdirilməsi üçün bir fürsətdir. 

Bu iki rəsmi sözü gedən hərbi təlimlərdə 100 min hərbçinin iştirak etməsindən danışıblar. 

Moskva isə bildirib ki, Zapad 2017 hərbi təlimlərində Rusiya və Belarusdan cəmi 12 min 700 hərbçi iştirak edəcək. 

Bu hərbi təlimlər 2017-ci il sentyabrın 14-20-də Belarusda və Rusiyanın Kalininqrad bölgəsində keçiriləcək .

NATO-nun baş katibi Yens Stoltenberq də bu gün Estoniyanın baş naziri Yuri Ratas ilə börüşündə deyib: NATO Zapad təlimlərini və Rusiyanın bütün hərbi fəaliyyətlərini yaxından izləyir. 

Rusiya daima bildirir ki, NATO-nun bu ölkə sərhədləri yaxınlığındakı təhrikamiz hərəkətlərinə reaksiya göstərəcək.

Teqlər