Sen 09, 2017 09:18 Asia/Baku
  • "İrma" qasırğası Karib məntəqəsinə 10 milyard dollar ziyan vurdu

Mütəxəssislər "İrma" qasırğasının indiyə kimi Karib məntəqəsində 10 milyard dollar zərər və ziyanlara səbəb olduğunu deyirlər.

Fransa xəbər agnetliyinin verdiyi məlumata görə, Böhranı İdarəetmə və Riski Azaltma Mərkəzinin analitiki  Ceyms Daniel deyib: "İrma" qasırğasının Karib məntəqəsinə vurduğu ziyanın 10 milyard dollardan çox olduğu güman edilir. 

Daniel əlavə edib: "İrma" qasırğası nəticəsində Karib məntəqəsinə dəyən zərər və ziyanların artacağı proqnoz edilir. 

"Irma" qasırğası indiyə kimi 24 nəfərin ölməsinə səbəb olub. 

"İrma" qasırğasının San Bartelemey və San Martin adalarını vurması nəticəsində, bu adaların təqribən 95%-i tamamilə dağılıb.

ABŞ-ın bəzi şəhərlərində o cümlədən Mayamidə insanlar içməli su və ərzaq əldə etmək üçün uzun sıralar təşkil etməli olub. Benzin satışı isə 5 dəfə artıb. 

Teqlər