Sen 09, 2017 14:16 Asia/Baku
  • Pakistanda Rohinqya müsəlmanlarına dəstək aksiyası keçirilib
    Pakistanda Rohinqya müsəlmanlarına dəstək aksiyası keçirilib

Pakistanın müxtəlif şəhərlərində cümə namazından sonra minlərlə nəfər Myanmada kütləvi zorakılığa və soyqırımına məruz qalan Rohinqya müsəlmanlarını himayə məqsədi ilə aksiyalar təşkil ediblər.

İRNA-nın məlumatına görə, Myanmada müsəlmanların zorakılığa məruz qalmasından qəzəblənmiş pakistanlılar Myanma hökuməti və ifratçı buddistlərinin Rohinqya müsəlmanlarına qarşı hücumlarına etiraz olaraq aksiyalar təşkil edib, beynəlxalq ictimaiyyətin bu cinayətlər qarşısında sükut etməsini qınayıblar. Aksiya iştirakçıları həmçinin, Myanma hökumətinə qarşı öz qəzəb və nifrətlərini bəyan ediblər. 

İran İslam Respublikasında da müsəlman əhali cümə namazında iştirak etdikdən sonra Rohinqya müsəlmanlarına dəstək aksiyasında iştirak edərək, Myanma hökumətinin müsəlmanlara qarşı zorakılıqlarını qınayıb. 

Teqlər