Sen 16, 2017 14:32 Asia/Baku
  • Berlində silahlı insiden; bir ölü, üç yaralı

Almaniya rəsmiləri paytaxt Berlində silahlı insidentdə bir nəfərin öldüyünü və üç nəfərin də yaralandığını bildiriblər.

Russia Todayın məlumatına görə, Almaniya rəsmiləri ötən gecə Berlində gecə klubu qarşısında silahlı insidentin baş verdiyini təsdiqləyiblər.

İndiyə qədər üç yaralının durumu haqda məlumat verilməyib və görünür bu hadisə bir neçə nəfər arasında mübahisədən sonra baş verib.

Berlin polisi insident baş verən ərazini mühasirəyə alıb və hadisənin terror aktı olub-olmadığının hələlik bəlli olmadığını bildirib.

Qeyd edək ki, dünən Britaniya paytaxtı London şəhərində metro vaqonlarından birində partlayış nəticəsində 29 nəfər yaralanıb.

Avropa dövlətləri son həftələrdə Almaniya, İtaliya, Fransa və Britaniyada terror aktlarının artması ilə təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Teqlər