Sen 19, 2017 09:05 Asia/Baku
  • ABŞ-ın kəllə-çarxa çıxan hərbi büdcəsi artırılır
    ABŞ-ın kəllə-çarxa çıxan hərbi büdcəsi artırılır

ABŞ Senatı bu ölkənin nəhəng hərbi büdcəsinin artırılması üzrə layihəsini təsdiqləyib.

CNBC televiziyası internet portalının məlumatına görə, ABŞ Senatı bazar ertəsi günü 692 milyard dollarlıq hərbi büdcənin artırılması layihəsini 89 lehinə və 8 əleyhinə səslə təsdiqləyib. 

ABŞ-ın hərbi büdcəsinin artırılması layihəsi Nümayəndələr Palatasında da təsdiqlənmişdir. 

ABŞ-ın hərbi büdcəsi bundan öncə 649 milyard 900 milyon dollar idi və 2016-cı illə müqayisədə 6% artıb. 

ABŞ-ın hərbi büdcəsinin artırılması layihəsinin təsdiqlənməsi ilə yanaşı qeyd edək ki, bu ölkənin müxtəlif ştatlarında vətəndaşlar Ağ Ev və Konqresin rifah, tibbi sığorta və təhsil sektorlarının büdcəsinin ayrılması üzrə siyasətlərinə etiraz edirlər. 

Teqlər