Sen 20, 2017 07:54 Asia/Baku
  • Meksikada 7.1 bal gücündə zəlzələ
    Meksikada 7.1 bal gücündə zəlzələ

Çərşənbə axşamı Meksikanın mərkəzi hissəsində Rixter şkalası ilə 7.1 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Bu zəlzələ bəzi məntəqələrdə evlərin dağılmasına səbəb olub. Meksikanın paytaxtı olan Meksiko şəhərində insanlar evlərin uçmasından qorxaraq, küçələrdə gecələyiblər. 

Meksika rəsmiləri indiyə kimi zəlzələ nəticəsində 93 nəfərin öldüyünü bildiriblər. 

Cari ilin əvvəllərində Meksikada baş verən 8.1 ballıq zəlzələ zamanı da 90 nəfər həyatını itirmişdi. 

 

Teqlər