Sen 20, 2017 09:16 Asia/Baku
  • Trampın BMT-dəki gülünc sözlərinə reaksiyalar
    Trampın BMT-dəki gülünc sözlərinə reaksiyalar

ABŞ prezidenti Donald Trampın çərşənbə axşamı BMT Baş Assambleyasında səsləndirdiyi gülünc fikirlər dünyanın siyasi liderlərinin reaksiyalarına səbəb olub.

İRİB-nin verdiyi məlumata görə, Venesuela prezidenti Nikolas Madoro Trampın Venesuela barədə səsləndirdiyi fikirlərə reaksiya olaraq Trampı "yeni Hİtler" adlandırıb. 

İsveçin baş naziri Karl Bildt də ölkəsinin nüvə anlaşmasını himayə etdiyini deyərək, Trampın BMT Baş Assambleyasındakı çıxışını tənqid edib və deyib: Bu çıxış yanlış idi. 

ABŞ Dövlət Departamentinin sabiq sözçüsü Con Kirbi də Trampın sözlərini ABŞ üçün utanc verici adlandırıb və deyib: Tramp əməkdaşlıq və hörmət yerinə qarşıdurma və gərginlikdən söz açır. 

Kaliforniya Ştatından senator Dayan Finstin isə öz Tvitter səhifəsində BMT-nin sülhü himayə məkanı olduğuna işarə edərək, yazıb: Tramp bu tribunadan müharibə təhdidləri səsləndirmək üçün istifadə edir. 

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın müşaviri olmuş Ben Rods da öz Tvitter səhifəsində Trampın İrana qarşı düşmən mövqedən çıxış etməsinə işarə edib və yazıb: Tramp müttəfiqlərimizin Amerikadan üz döndərmələrinə səbəb olub. 

Fransa prezidenti də BMT Baş Assambleyasında Trampın sözlərinə cavab olaraq deyib: Nüvə anlaşmasını məhv etmək böyük bir səhvdir. 

Tramp ABŞ prezidenti olaraq BMT Baş Assambleyasındakı ilk çıxışında diplomatik nəzakətə yaraşmayan formada İran İslam Respublikası, Şimali Koreya, Suriya, Venesuela, Kuba və bir sıra digər ölkəyə qarşı kəskin mövqe sərgilədi. 

Teqlər