Sen 20, 2017 12:28 Asia/Baku
  • ABŞ prezidentinin BMT Baş Assambleyasındakı çıxışına etirazlar davam edir
    ABŞ prezidentinin BMT Baş Assambleyasındakı çıxışına etirazlar davam edir

ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı çıxışına reaksiyaların davamında ABŞ-ın sabiq dövlət katib müavini Trampın sözlərini şişirdilmiş boş sözlər adlandırıb.

İRİB-nin verdiyi məlumata görə, Nikolas Berenz deyib: Trampın BMT Baş Assambleyasındakı çıxışı çərənçilikdən başqa bir şey olmayıb və diplomatik qaydalara uyğun hər hansı bir fikir də səsləndirilməyib ki, barəsində müzakirə də edilsin. 

 

ABŞ-ın NATO-dakı sabiq səfiri əlavə edib: ABŞ prezidenti dünya ölkələrini öz ətrafında birləşdirmək yerinə, öz problemli və qaba çıxışı ilə xüsusilə Şimali Koreya məsələsi barədə bütün anlaşma və müzakirə yolunu bağlamış olub. 

Teqlər