Sen 20, 2017 13:07 Asia/Baku
  • Meksikada zəlzələ; 22 məktəbli uçqunlar altında qalaraq, can verdi
    Meksikada zəlzələ; 22 məktəbli uçqunlar altında qalaraq, can verdi

Meksikada rixter şkalasıilə 7.1 bal gücündə zəlzələnin baş verməsi yüzlərlə insanın o cümlədən 22 məktəblinin ölümünə yol açıb.

APTN-nin verdiyi məlumata görə, zəlzələ nəticəsində dağılan məktəbdə həyatını itirən məktəblilərdən 2-si yeniyetmə, qalanları isə azyaşlı uşaq olub. Həmçinin, zəlzələ nəticəsində 38 nəfər o cümlədən 30 uşaq itkin düşüb. 

Bu məlumata görə, Meksika prezidenti Enrike Pena Nieto zəlzələ nəticəsində dağılmış məktəbə baxış keçirib. 

Dünən Meksikada baş vermiş zəlzələ 150 nəfərin ölümün, yüzlərlə insanın yaralanmasına səbəb olub. 

Uçqunlar və dağıntılar altında meyitlərin olması ehtimalı hadisə qurbanlarının sayının artacağını deməyə əsas verir. 

Teqlər