Sen 20, 2017 14:42 Asia/Baku
  • Amano: İran və Şimali Koreyanın nüvə əməkdaşlığı \
    Amano: İran və Şimali Koreyanın nüvə əməkdaşlığı \"şayiədir\"

Atom Enerjisi Beynəlxalq Agentliyinin baş direktoru İran və Şimali Koreya arasındakı nüvə əməkdaşlığını şayiə adlandırıb.

Amerikada çıxan Ual Street Jurnal-ın yazdığına görə Yokio Amano bəzi ABŞ rəsmilərinin İran və Şimali Koreya arasındakı nüvə əməkdaşlığı ilə bağlı şayiələr yaymaqlarına işarə edərək, deyib: Tehran və Pxenyan arasındakı nüvə əməkdaşlıqları ilə bağlı deyilənlər əsassızdır və AEBA bu şayiələrə əhəmiyyət vermir.

ABŞ Konqresinin 2016-cı ilin fevralında yaydığı hesabatda da İran və Şimali Koreya arasında nüvə əməkdaşlığının olmadığı vurğulanıb.

Amerikada "Demokratiyaları Müdafiə Fondu" adlı quruma bağlı şəxslər o cümlədən ABŞ-ın BMT-dəki sabiq səfiri Con Bolton kimiləri İran və Şimali Koreya arasında nüvə əməkdaşlığının olmasına dair şayiələr yaymağa çalışırlar.

AEBA 31 avqustda yaydığı hesabatda bir daha İranın nüvə anlaşması qarşısındakı öhdəliklərinə sadiq olduğunu təsdiq etdi.

Teqlər