Sen 21, 2017 10:23 Asia/Baku
  • Tillerson Zəriflə görüşdən razılıq edib
    Tillerson Zəriflə görüşdən razılıq edib

ABŞ dövlət katibi İran xarici işlər naziri ilə danışıqlardan razılıq edib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, xarici işlər nazirləri səviyyəsində ƏHatəli Müştərək Təşəbbüs Proqramının birgə komissiyasının iclasında ilk dəfə iştirak edən ABŞ dövlət katibi Reks Tillerson bu iclasdan sonra mətbuat brifinqində deyib: İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüş faydalı və qənaətbəxş idi. Lakin Vaşinqtonun Tehranla hələ də böyük problemləri vardır. 

Tillerson Zəriflə görüşü siyasi danışıqlar adlandırıb və əlavə edib: Tərəflər arasında şəffaf fikir mübadiləsi aparıldı. 

Xarici işlər nazirləri səviyyəsində Əhatəli Müştərək Təşəbbüs Proqramının birgə komissiyasının iclası Nyu-Yorkda BMT qərargahında keçirilib. 

ABŞ prezidenti Donald Trampın nüvə anlaşması əleyhinə mövqeləri bu iclasın həssaslığını artırmışdı. 

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü BMT Baş Assambleyasında etdiyi çıxışında bir daha nüvə anlaşmasını tənqid edib və onu ABŞ üçün utanc mənbəyi qiymətləndirib. 

İran və 5+1 qrupu (Britaniya, Fransa, Rusiya, Çin, ABŞ və Almaniya) arasında nüvə anlaşması 2016-cı il yanvar ayında icra olunub. Lakin ABŞ hökuməti bu qrupun üzvlərindən biri olaraq nüvə anlaşmasındakı öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır.

Teqlər