Sen 21, 2017 12:04 Asia/Baku
  • MKİ-nin sabiq şefi Trampı tənqid atəşinə tutdu
    MKİ-nin sabiq şefi Trampı tənqid atəşinə tutdu

ABŞ-ın xüsusi kəşfiyyat xidməti Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq şefi prezident Donald Trampın BMT Baş Assambleyasının sessiyasında nüvə anlaşması haqda sözlərini tənqid edib.

CNN televiziyasının məlumatına görə, Maykl Hiden bu televiziya ilə müsahibədə Trampın İranın nüvə anlaşması haqda çıxışını qeyri-münasib və sərt adlandırıb və deyib: O (Tramp) İranla anlaşmanı sərt tənqid etdi və onu ABŞ üçün utanc mənbəyi adlandırdı. Fikrimcə, onun istifadə etdiyi ritorika da sərt idi.

Hiden İranın nüvə anlaşmasını təsdiqləməyəcəyinə dair Trampın İranı hədələməsi haqda deyib: Əgər müzakirə qərara alınarsa, bəs nə üçün siz Birləşmiş Ştatların stabil müzakirəçi olmadığın dünyaya göstərirsiniz? Nə üçün ABŞ-ın öncəki hökumətin təsdiqlədiyi müqavilədən qaçırsınız?

O sözlərinin davamında deyib: BMT Baş Assambleyasının iclasının bir çox iştirakçısı prezident Trampın siyasəti haqda şübhələrlə sessiyanı tərk etdi.

Hiden əlavə edib: Prezidentin Birləşmiş Ştatların siyasəti haqda sözlərindəki naməlum nüanslar bu sessiya iştirakçılarının çoxunu əsəbiləşdirmişdi.

Teqlər