Sen 22, 2017 12:42 Asia/Baku
  • Meksikada zəlzələ nəticəsində ölənlərin sayı artır

Meksika rəsmiləri bu ölkədə baş vermiş zəlzələdə ölənlərin sayının artmasından xəbər veriblər.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, çərşənbə axşamı Meksikada baş vermiş zəlzələ nəticəsində paytaxt Meksiko şəhərində 137 nəfər həyatını itirib. Bu barədə Meksika rəsmiləri məlumat verib. 

Bu məlumata görə, zəlzələ nəticəsində ümumilikdə ölkə səviyyəsində 272 nəfər həlak olub. Həlak olanlardan 3-ü Tayvan, Panama və İspaniya vətəndaşları olub. 

Çərşənbə axşamı Meksikada rixter şkalası ilə 7.1 bal gücündə zəlzələ baş vermişdi. Bu, ötən 32 ildə Meksikada qeydə alınmış ən güclü zəlzələ olub. Zəlzələ nəticəsində paytaxtda 50 bina dağılıb. 

Uçqunlar altında qalan insanların və cəsədlərin çıxarılması əməliyyatı davam edir. 

Teqlər