Sen 23, 2017 17:54 Asia/Baku

Məhərrəm ayının gəlib çatması ilə Əhl-Beyt(ə) aşiqləri harda olmalarından asılı olmayaraq, Hüseyn(ə) və onunla birlikdə Kərbəlada şəhid olanların xatirəsini yad etmək üçün xüsusi mərasimlər təşkil edirlər. Amma, bu günlər Kərbəlada olmaq hər bir Hüseyn(ə) aşiqinin arzusudur.

Məhərrəm ayı gəldikdə, harda olmağından asılı olmayaraq, ruhun bu diyara pərvaz etmək istəyir.

İlk dəfə olaraq Kərbəlaya səfər edənlərdən biri yaşadığı hissləri belə şərh edir: “Mən ilk dəfədir ki, Kərbəlaya gəlirəm. Bu həqiqətən mənim üçün bir röya kimidir.”

Sanki hər bir guşədən Hüseyn(ə)-ın karvanının səsi yüksəlir. Bu karvanı Bəni Haşim gəncləri müşayiət edirdi.

Bura isə “Sidrətül-Müntəha”dır. İmam Hüseyn(ə) əziz bacısı ilə birlikdə Məkkə və Minadan bu diyara üz tutmuşdu.

Hüseyn(ə) zəvvarlarından biri deyir: “Bu torpaqlar cənnət guşəsidir və heç kim bu cənnətdən ayrılmaq istəmir”.

Bu torpaqlara ayaq basdığın andan Kərbəla müsibətləri sənin üçün canlanmış olur. Peyğəmbərin əziz nəvəsi onu tanıyıb, amma, yardım etmək istəməyən insanlar arasında necə də qərib imiş.

Ey fəzilət və kəramət sahibi! İndi hər gün Aşura, hər yer Kərbəladır.

Və bu gün sənin məzarın aşiqlərin və səni sevənlərin ziyarətgahına çevrilib.