Sen 24, 2017 09:41 Asia/Baku
  • 134 ölkə Nüvə Anlaşmasını qətiyyətli şəkildə dəstəklədi
    134 ölkə Nüvə Anlaşmasını qətiyyətli şəkildə dəstəklədi

77 Qrupunun üzvləri cümə günü bir bəyanatda Əhatəli Müştərək Təşəbbüs Proqramına dəstəyi elan edib və İran İslam Respublikası əleyhinə birtərəfli sanksiyaların ləğv edilməsinin vacibliyini vurğulayıblar.

İRNA-nın məlumatına görə, BMT Baş Assambleyasının 72-ci sessiyasının kənarında 77 Qrupuna üzv ölkələrin xarici işlər nazirlərinin iclasının sonunda yekun bəyanat qəbul olunub. 

77 Qrupuna üzv ölkələrin xarici işlər nazirləri bu bəyanatda nüvə anlaşmasını real və konstruktiv örnək və beynəlxalq önəmli məsələlərin həllində çoxtərəfli kollektivin uğurlu strategiyasının nəticəsi adlandırıblar. 

77 Qrupuna üzv 134 ölkənin naziri bu bəyanatda həmçinin İran İslam Respublikası əleyhinə birtərəfli iqtisadi sanksiyalara qarşı çıxıb və bu sanksiyaların dərhal ləğv edilməsini istəyib. 

77 Qrupuna üzv ölkələrin nazirlərinin iclası BMT baş katibi və Baş Assambleya sədrinin iştirakı ilə keçirilib. 

Abbas İraqçı İran İslam Respublikasının nümayəndəsi olaraq bu iclasda iştirak və çıxış edib. 

77 Qrupu 1964-cü ildə 77 inkişaf etmiş ölkə tərəfindən İsveçrənin Cenevrə şəhərində təsis olunub.