Sen 24, 2017 10:10 Asia/Baku
  • Tramp: Nüvə anlaşması adlı bir şey yoxdur
    Tramp: Nüvə anlaşması adlı bir şey yoxdur

ABŞ prezidenti şənbə gecə İran İslam Respublikası tərəfindən Xürrəmşəhr ballistik raketin sınaqdan keçirilməsinə reaksiyada yazıb: İran yenilərdə İsraili vura biləcək ballistik raketi sınaqdan keçirdi.

Donald Tramp Twitter səhifəsində həmçinin nüvə anlaşması adlı bir şeyin olmadığını bildirərək iddia edib ki, İran ballistik raketlər məsələsində Şimali Koreya ilə əməkdaşlıq edir. 

Fransa hökuməti də bir bəyanatda iddia edib ki, bu sınaq BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə ziddiyyətdədir. 

Bundan öncə də sionist rejim İranın raket sınağından nigaranlıq etmişdi. 

Xürrəmşəhr ballistik raketinin cümə günü İran İslam Respublikası Silahlı Qüvvələrinin paradında rəsmi şəkildə təqdimatı keçirilib. Xürrəmşəhr ballistik raketi 2 min kilometr mənzillə uğurla sınaqdan keçirilib. 

Fransa, sionist rejim və ABŞ iddia edir ki, İranın raket sınaqları Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə ziddir. Halbuki Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun sözçüsü Nabila Massrali son vaxtlar bildirib ki, İranın raket sınağı nüvə anlaşmasını pozmur.