Sen 25, 2017 10:35 Asia/Baku
  • Moqerini: Nüvə anlaşması barədə yenidən müzakirə etmək olmaz
    Moqerini: Nüvə anlaşması barədə yenidən müzakirə etmək olmaz

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini "Skay Nyus" telekanalına verdiyi müsahibədə deyib: İran ilə nüvə anlaşması barədə yenidən müzakirə etmək olmaz.

Federika Moqerini əlavə edib: İran ilə nüvə anlaşması təsirli olub və onun barəsində yenidən müzakirə etmək olmaz. Çünki, bu anlaşma üçün 12 il müzakirə aparılıb. 

AB-nin xarici siyasət üzrə ali nümayəndəsi Nüvə anlaşmasının İranın nüvə silahlarına gedən yolunu bağladığını deyərək, əlavə edib: İcra edilən və təsirli olan bir anlaşmanı qorumaq lazımdır. 

Federika Moqerini həmçinin deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İran ilə nüvə anlaşmasının reallaşdırılmasına nəzarət edən qrum olaraq seçilib və bu anlaşmaya nəzarət edən tərəflər ABŞ və ya Fransa prezidentləri deyil. 

AB-nin xarici siyasət üzrə ali nümayəndəsi daha sonra deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik indiyə kimi İranın nüvə anlaşması qarşısındakı öhdəliklərinə əməl etməsini təsdiq edən 7 hesabat yayıb. 

ABŞ dövlət katibi Reks Tillerson son zamanlar deyib: ABŞ nüvə anlaşmasından çıxmasını araşdıracaq. 

Amerikalıların bu mövqeyi 5+1 qrupunun digər üzvləri və Avropa Birliyi tərəfindən heç də müsbət qarşılanmır. 

Teqlər