Sen 27, 2017 12:33 Asia/Baku
  • Rusiya: İranın raket sınaqları qanuni qadağaya malik deyil
    Rusiya: İranın raket sınaqları qanuni qadağaya malik deyil

Rusiya Xarici İşlər Nazirliyinin silahlanmaya nəzarət idarəsinin müdiri deyib: İran İslam Respublikasının raket sınaqları ilə bağlı hansısa qanuni qadağa yoxdur.

Mixail  Ulyanov çərşənbə axşamı deyib: BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi İrandan sadəcə nüvə başlıqları daşıya bilən raketləri sınaqdan keçirməməsini istəyir və İranın ballistik raketləri nüvə başlığı daşımaq üçün nəzərdə tutulmayıb. 

Bu rus rəsmi daha sonra İranın raket proqramının sadəcə ölkənin milli təhlükəsizliyinə zəmanət vermək üçün olduğunu deyib. 

Teqlər