Sen 29, 2017 15:48 Asia/Baku
  • Fransada müavinət alanların min nəfərlik aksiyası
    Fransada müavinət alanların min nəfərlik aksiyası

Fransada minlərlə müavinət alan şəxs bu ölkə prezidentinin iqtisadi islahatlarına və vergilərin artırılmasına etiraz olaraq, aksiya keçirib.

Fransa prezidenti Emmanuel Makronun islahatlarına əsasən, ayda 1200 avro müavinət alan təqribən səkkiz milyon fransalı gələn ildən etibarən digər vətəndaşlara nisbətən maksimum sığorta haqqı ödəməlidir.

Dünənki aksiyanı təşkil etmiş doqquz birlik bildirir ki, Fransa vətəndaşlarının bu təbəqəsinin vergilərinin artırılması, təqaüdçülərin ildə yüzlərlə avro gəlir azalmasına məruz qalmalarına bais olacaqdır.

Dünən Fransanın 22 məntəqəsinin başçıları da müxaliflərin aksiyasına qoşulublar. Müavinətçilərin küçə etirazlarından öncə Fransada əmək qanunlarının dəyişdirilməsinə qarşı üç digər aksiya keçirilibdir.

Teqlər