Okt 09, 2017 20:28 Asia/Baku
  • ABŞ rəsmiləri və siyasətçiləri arasında qalmaqallar davam edir
    ABŞ rəsmiləri və siyasətçiləri arasında qalmaqallar davam edir

Ağ Evin İran haqda yeni strategiyası ilə əlaqədar ABŞ prezidenti ilə bu ölkə siyasətçiləri və rəsmiləri arasında ixtilaflar artıb. Bəziləri deyirlər ki, Donald Trampın Əhatəli Müştərək Təşəbbüs Proqramının maddələri haqda düzgün məlumatı yoxdur.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib: İslam Respublikası regionda öz siyasətlərini başqalarının açıqlamalarından kənar şəkildə izləyir.

Amerikalıların bir çox səsləri qarşısında İranın vahid səsi. Nüvə anlaşması hay-küyündə və ABŞ prezidentinin İran əleyhinə açıqlamaları və hərəkətləri ilə amerikalı rəsmilər və siyasətçilərin fikir ayrılıqları gün-gündən artmaqdadır.

Tramp son günlərdə bir çox açıqlama verib və daim İranın nüvə anlaşmasının ruhuna sadiq qalmamasından söz açıb. Amma hökumətinin bir qrup üzvünün nüvə anlaşmasından qalmasına dair təkidlərindən sonra, ABŞ-ın nüfuzlu senatorlarından biri də bildirib ki, İran Əhatəli Müştərək Təşəbbüs Proqramı sahəsində yüz faiz əməkdaşlıq edib. Dian Finestin deyib: Vaşinqtonun nüvə anlaşmasından çıxması ABŞ-ın rəqiblərinə çox pis mesaj göndərir.

ABŞ Dövlət Departamentinin regional sözçüsü Natan Tek deyib: Mən prezidentin nüvə anlaşması qarşısındakı reaksiyasını proqnoz edə bilmərəm. Hələlik heç nə aydın deyil.

ABŞ-da daxili ixtilaflar elə bir yerə çatıb ki, Tramp və senator Bob Korker də rəsmən baş-başa gəliblər.

Korker partiya yoldaşı prezident Trampı analoqu olmayan tənqiddə deyib ki, prezident haqda praktikant və ya ona bənzər biri ilə rəftar etdiyinə görə nigarandır.

Son vaxtlar bu ikisinin çəkişməsi media izləyicilərinin qalmaqallı sujetinə çevrilib. Xüsusilə də ABŞ prezidentinin nüfuzlu amerikalı respublikaçı senatorun tənqidlərinə reaksiyası qəribə idi. Tramp deyib ki, Bob Korker nüvə anlaşmasını zorla ABŞ-a qəbul etdirib. Sosial şəbəkələrin istifadəçiləri Bob Korkerin nüvə anlaşmasının əsas tənqidçisi və müxaliflərindən olduğunu xatırlayaraq bildiriblər ki, Trampın bu həddə məlumatsızlığı ilə onun nüvə anlaşmasının mətnindən düzgün məlumatının olmaması mümkünsüz deyildir.

Amma digər tərəfdə İran rəsmilərinin qətiyyətli və vahid mövqeyi vardır.

İran xarici işlər naziri bildirib: Tramp öz mövqeyini elan etdikdən sonra, onun nə deyəcəyi bəlli olduğuna görə, münasib mövqedə İslam Respublikası ona uyğun cavabını verəcəkdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü də bu gün xüsusilə də ABŞ tərəfindən Sepahın terror qruplaşmaları siyahısına salınması ehtimalı haqda reaksiya verib.

Hər halda təcrübə ABŞ və onun düşmənçilik siyasətləri qarşısında cavab verən amilin müqavimət olduğunu göstərir.

 

Teqlər