Okt 11, 2017 12:04 Asia/Baku
  • Parisdə hökumət əleyhinə aksiya
    Parisdə hökumət əleyhinə aksiya

Fransada əmək qanunun islah edilməsinə etiraz polaraq Parisdə minlərlə nəfər çərşənbə axşamı günü aksiya keçirib. Lakin polisin müdaxiləsi ilə aksiya insidentlə nəticələnib.

Fars İnformasiya Agentliyinin məlumatına görə, Fransa polisi aksiyanı yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar da polis məmurlarına doğru daş və molotof kokteyli atıblar. 

Fransa polisi aksiyadan öncə silah gəzdirmək ittihamı ilə üç nəfərin həbs olunduğunu bildirib. 

Fransa prezidenti Emmanuel Makron cümə günü 29 sentyabrda əmək qanununda yeni islahat layihəsini imzalayıb. Bununla da qanun qüvvəyə minib. 

Bu qanun fəhlələr, həmçinin hökumət əleyhdarları, xüsusilə də solçular tərəfindən tənqid atəşinə tutulub. 

Fəhlələr və solçuların qənaətincə, bu qanun işçilərin qovulması və onların maaşlarının verilməməsində sahibkarlar daha artıq sərbəstlik verir. 

Teqlər