Okt 13, 2017 14:43 Asia/Baku
  • Quterreş Amerikanı kəskin tənqid edib

BMT baş katibi ABŞ dövlətinin UNESCO-dan çıxmaq qərarını kəskin qınayıb.

Sinxuanın verdiyi məlumata görə, Antonio Quterreş dünən bir bəyanatda bildirib ki, Vaşinqtonun UNESCO-dakı rolunu nəzərə alaraq ABŞ prezidenti Donald Trampın bu beynəlxalq təşkilatdan çıxmaq qərarı çox təəssüfləndiricidir.

ABŞ dövləti dünən bildirib ki, qəsbkar sionist rejimə qarşı mövqe tutduğuna görə UNESCO-dan çıxmaq qərarına gəlib.

ABŞ-ın bu qərarının əsas səbəblərindən biri də Fələstinin bu beynəlxalq təşkilata üzv olmasıdır.

Teqlər