Okt 13, 2017 20:26 Asia/Baku
  • Əfqanıstanda hava hücumları qurbanlarının sayında 50%-lik artım
    Əfqanıstanda hava hücumları qurbanlarının sayında 50%-lik artım

BMT-nin Əfqanıstandakı əməliyyat ofisi ən son hesabatında ötən 9 ayda öncəki ilin müvafiq dövrü ilə müqayisədə hava hücumları zamanı mülki əhali arasında insan tələfatı sayında 50%-lik artımın qeydə alınmasından xəbər verib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, BMT-nin Əfqanıstandakı əməliyyat ofisi UNAMA cümə axşamı yaydığı hesabatda bildirib: Cari ilin Yanvar ayından Oktyabr ayının sonuna kimi olan müddət ərzində 2640 mülki hava hücumları zamanı həyatını itirib. Bu hücumlarda yaralananların sayı isə 5379 nəfərə çatıb. 

ABŞ-ın Hava Qüvvələri tərəfindən yayılan hesabata əsasən bu ölkə təyyarələri sadəcə ötən ay ərzində Əfqanıstanda 751 bomba və raketdən istifadə ediblər. Bu isə 2010-cu ilin Noyabrından bəri ən yüksək göstərici sayılır. 

Teqlər