Okt 14, 2017 13:46 Asia/Baku
  • YUNESKO-nun yeni baş direktoru
    YUNESKO-nun yeni baş direktoru

Fransanın sabiq mədəniyyət naziri Odre Ezule YUNESKO-nun 11-ci baş direktoru seçilib.

İRNA-nın məlumatına görə, YUNESKO-nun İcra Şurası 6 mərhələli seçkilərin sonunda dünən axşam Odre Ezuleni bu təşkilatın yeni baş direktoru seçib. 

Ezule 30 lehinə səs ilə Qətərli rəqibi Həməd Əl-Kəvarini geridə buraxıb və YUNESKO-nun yeni baş direktoru seçilib. Həməd Əl-Kəvari isə 28 lehinə səs toplaya bilib. 

Odre Ezule rəsmən YUNESKO-nun baş direktoru olaraq fəaliyyətə başlaması üçün təşkilatın 14-15 oktyabr tarixində Parisdə keçiriləcək ümumi iclasında bütün üzvlərin etimadını əldə etməlidir. 

YUNESKO-nun baş direktoru 4 illik bir müddət üçün seçilir. 

Bu arada ABŞ Dövlət Departamenti cümə axşamı bir bəyanat yayaraq, bu ölkənin YUNESKO-dan çıxacağını bildirib. 

ABŞ hökumətinin bu qərarı BMT və YUNESKO-nun İsrail əleyhinə olan son qətnamələrinə etiraz xarakteri daşıyır. 

YENESKO bir neçə ay öncə İsraili işğalçı tərəf elan edərək, bu rejimin Beytül-Müqəddəsdə heç bir mülkiyyət haqqına malik olmadığını bildirmişdi. 

Teqlər