Okt 15, 2017 12:12 Asia/Baku
  • Boinq-dən ABŞ hökumətinə xəbərdarlıq: 100 min iş yeri itirilə bilər
    Boinq-dən ABŞ hökumətinə xəbərdarlıq: 100 min iş yeri itirilə bilər

ABŞ-ın təyyarəqayırma şirkəti olan Boinq şirkəti bu şirkət ilə İran arasındakı müqavilənin ləğv ediləcəyi təqdirdə, Amerikada 100 min iş yerinin itiriləcəyi barədə xəbərdarlıq edib.

CNN telekanalının verdiyi məlumata görə, Boinq şirkətinin başçıları İran ilə müqavilənin birtərəfli qaydada ləğv edilməsinin Amerikada 100 min iş yerinin itirilməsinə səbəb olacağı barədə ABŞ hökumətinə xəbərdarlıq etdi. 

Boinq Amerikada ən iri şirkətlərdən biri olaraq ABŞ prezidenti Donald Trampın məntiqsiz qərarlarından böyük zərər və ziyana uğraya bilər. Beləki. İran ilə müqavilənin birtərəfli qaydada ləğv edilməsi bu şirkətə 8 milyard dollar zərər vurmuş olacaq. 

İran və Boinq şirkəti arasındakı müqaviləyə əsasən, müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi təqdirdə, Boinq şirkəti İrana kompensasiya ödəməli olacaq. 

Boinq şirkətinin rəsmiləri daha öncə bu şirkət ilə İran İslam Respublikası Hava Yolları Şirkəti arasında 50 ədəd "Boinq-737" və 30 ədəd "Boinq-777" təyyarələrinin alışı ilə bağlı imzalanmış müqavilənin ABŞ hökumətinin siyasi qərarlarından amanda qalacağını demişdilər. 

İran və 5+1 qrupu arasında əldə edilmiş nüvə anlaşmasının icraya qoyulmasının ardınca İran "Airbus" şirkəti ilə 100 ədəd və "Boinq" şirkəti ilə 80 ədəd sərnişin təyyarəsinin alınması ilə bağlı müqavilə imzaladı. 

ABŞ prezidenti İrana qarşı siyasətlərinin davamında İran və Boinq şirkəti arasındakı müqavilənin yenidən araşdırılması barədə göstəriş verib. 

Teqlər