Okt 16, 2017 10:58 Asia/Baku
  • Banqladeş yolunda daha bir qrup ruhinqalı müsəlman həlak olub
    Banqladeş yolunda daha bir qrup ruhinqalı müsəlman həlak olub

Daha bir qrup ruhinqalı müsəlman onları daşıyan qayığın Banqladeşə doğru icbari köç yolunda sərhəd çayında çevrilməsi nəticəsində həyatını itirib.

Ruhinqalı müsəlman didərginləri daşıyan qayığın Banqladeşə doğru icbari köç yolunda sərhəd çayında qərq olması nəticəsində azı beş nəfər həlak olub, onlarla nəfər də itkin düşübdür.

Myanmanın qərbində yerləşən Raxin- Arakan vilayətində Ruhinqa müsəlmanlarının bu ölkə ordusu tərəfindən geniş miqyasda yatırılmalarından və müsəlmanların icrabi surətdə köçürülmələrinin başlanmasından bəri yüzdən çox ruhinqalı müsəlman onları daşıyan qayığın Banqladeşə doğru icbari köç yolunda sərhəd çayında qərq olması nəticəsində həyatını itiribdir.

Myanmada bu ölkə ordusu və radikal buddistlər Ruhinqa müsəlmanlarına divan tutmağı davam etdirirlər ki, bunun nəticəsində müsəlmanların didərgin düşmələri və Banqladeşə doğru qaçmaları prosesi artmaqdadır.

Avqustun 25-dən başlanmış Myanmanın qərbində yerləşən Raxin- Arakan vilayətində Ruhinqa müsəlmanlarının bu ölkə ordusu tərəfindən geniş miqyasda yatırılmaları nəticəsində altı min nəfər həlak olub, səkkiz min nəfər yaralanıb və təqribən 800 min nəfər də Banqladeşə tərəf didərgin düşübdür.

Myanmanın qərbində yerləşən Raxin- Arakan vilayəti 2012-ci ildən bəri bu ölkə ordusunun və radikal buddistlərin Ruhinqa müsəlmanlarına qarşı hücumları səhnəsidir.

Teqlər