Okt 16, 2017 15:17 Asia/Baku
  • 
Tramp nüvə anlaşmasını təsdiq etməməklə Amerikanın etibarına son qoymaqdadır
    Tramp nüvə anlaşmasını təsdiq etməməklə Amerikanın etibarına son qoymaqdadır

Amerikanın sabiq dövlət katibi Hillari Klinton CNN ilə müsahibədə deyib: Əgər Tramp İranın nüvə anlaşmasına sədaqətini təsdiq etməzsə, belə bir mesajı dünyaya göndərmiş olacaqdır ki, Amerika öz sözünə əməl etmir.

Hillari Klinton Trampın İrana qarşı təzyiq üzrə yeni strategiyası haqda belə deyib: Zənnimcə, bu, olduqca təhlükəlidir. Məncə, o, nüvə anlaşmasına sədaqəti təsdiq etməməkdən danışır və mənim bildiyimə görə, bu, onun hökumətindən kənardakı bir çox şəxsin sözlərinə və hətta onun hökumətinin daxilindəki şəxslərin tövsiyələrinə belə ziddir. Və müxtəlif dəlillərə görə, o, yanlış mesaj göndərir. Birincisi, bu iş dünya xalqlarına deyir ki, Amerika öz sözünə əməl etmir. Hətta İranın nüvə anlaşmasına əməl etməməsi barədə faktların olmamasına rəğmən, bu prezident onu tərk etmək istəyir. Biz müxtəlif prezidentlərə malik olmuşuq və zənnimcə, bu prezident Amerikanın müzakirədəki etimadı və etibarına son qoymaqdadır ki, bu, qorunmalıdır.

O, sonra deyib: Bu hərəkət İranı üstün mövqedə qoyur. Əgər İran nüvə anlaşmasına sadiq qalmaqdadırsa ki, bütün faktlar bunu göstərir; hər bir məsələdə təcrid etməyə göstəriləcək səy, İranı haqsızcasına zərər çəkmiş tərəf kimi diqqət mərkəzində qoyacaq. Bu məsələ ona bais olacaq ki, biz axmaqcasına və kiçik nəzərə gələrək, İranın xeyrinə oynamış olaq.

Teqlər