Okt 16, 2017 20:15 Asia/Baku
  • 
Rusiya ilə Ukrayna arasında əskinas savaşı
    Rusiya ilə Ukrayna arasında əskinas savaşı

Ukrayna milli bankı 200 rublluq rus əskinaslarından istifadəni qadağan edib.

Ukrayna milli bankı bildirib ki, oktyabrın 17-dən etibarən, 200 rublluq rus əskinasları ilə kiçik və iri iqtisadi səviyyələrdə valyuta mübadilələri və hər cür maliyyə sövdələşməsi qadağandır.

Ukrayna milli bankı bu rus əskinaslarından istifadənin qadağan olunmasının əsas səbəbini Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması adlandırıb.

Rusiya son zamanlar yeni 200 rublluq əskinası öz iqtisadi dövriyyəsinə daxil edib. Onun üzərində Krım yarımadasının xəritəsi çap olunubdur.

Rusiyanın bu addımı Ukrayna hökumətinin kəskin müxalifətilə üzləşibdir.

Ukrayna 2014-cü ilin fevralından, qərbpərəstlərin ozamankı hökumətə qarşı çevrilişinin ardınca bu ölkənin şərqindəki müxaliflərlə dövlət qüvvələri arasında döyüş səhnəsinə çevrilibdir.

2014-cü ildə Krım yarımadasının Ukraynadan ayrılması və referendumun keçirilməsi nəticəsində Rusiyaya qatılması da Rusiya ilə Qərb arasındakı gərginliyi ikiqat artırıbdır.

Amerika və Avropa İttifaqı da 2014-cü ilin iyulundan, Krım yarımadasının Rusiyaya qatılmasından sonra Moskvanın Ukrayna müxaliflərini himayə etməsi ittihamı ilə anti-Rusiya sanksiyalarını icraya qoyublar.

Teqlər