Okt 17, 2017 12:20 Asia/Baku
  • Tramp reytinqini sürətlə itirməkdədir
    Tramp reytinqini sürətlə itirməkdədir

Amerikanın rəy sorğusu müəssisələrinin araşdırmaları göstərir ki, 1945-ci ildən bəri ABŞ prezidentləri arasında Donald Tramp minimum reytinqə malikdir.

İRNA-nın verdiyi məlumata görə, ABŞ prezidenti Amerikanın növbəti prezident seçkilərinə elə bir şəraitdə ümid edir ki, rəy sorğularının nəticələri onun reytinqinin dayanmadan düşməkdə davam etdiyini göstərir. Ekspertlərə görə Tramp hətta bu dövrun sonuna qədər prezident kürsüsünü qoruyub saxlaya bilməyəcək. 

Səs vermək hüququna malik olanlar arasında Trampın reytinqinin durumunu gündəlik araşdıran 538 adlı layihənin araşdırmalarının nəticələrinə görə, respandentlərin sadəcə 38.1 faizi Trampa dəstək verir və 55 faizi onun prezident kürsüsünə layiq olmadığı qənaətindədirlər. 

Bu araşdırma göstərir ki, Corc dablyu Buş prezidentlik dövrünün ilk 275 günündə 88.1 faiz göstərici ilə 2001-2009-cu illər arasında ən yüksək reytinqə malik olmuşdur. 

Teqlər