Okt 17, 2017 13:59 Asia/Baku
  • Fransa XİN-i Parisin ƏMTP-yə sadiq qaldığını vurğulayıb
    Fransa XİN-i Parisin ƏMTP-yə sadiq qaldığını vurğulayıb

Fransanın Xarici İşlər Nazirliyi bir daha rəsmi Parisin Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qaldığını vurğulayıb.

İRNA-nın verdiyi məlumata görə, Fransa XİN-i bu gün bir bəyanat yayaraq 5+1 qrupunun İranla nüvə razılaşmasına toxunub və Parisin bu razılaşmanın bütün tərəflər vasitəsi ilə icrasına sadiq qaldığını vurğulayıb. 

Bəyanatda deyilir: ƏMTP güclü bir razılaşmadır və Fransa bu razılaşma barədə təkrar müzakirələrə yaxun onun hansısa bəndinin dəyişdirilməsinə inanmır. 

Fransa prezidenti Emanuel Makeron da cümə günü İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə telefon danışıqlarında Amerikanın nüvə razılaşmasına qarşı cəhdlərinə toxunaraq demişdi ki, Avropa Birliyi və Fransa ƏMTP-ni qətiyyətlə himayə edir və onun tam icrasına sadiqdir. 

Teqlər