Okt 17, 2017 15:06 Asia/Baku
  • Razılaşmalardan çıxmaq Trampın xarici siyasətinin doktrinasıdır
    Razılaşmalardan çıxmaq Trampın xarici siyasətinin doktrinasıdır

Beynəlxalq razılaşmalardan çıxmaq ABŞ prezidentinin birinci siyasətidir və bu ölkənin beynəlxalq ictimaiyyətdən silinməsinə gətirib çıxara bilər.

Defens Van analitik portalı Tramp razılaşmanı pozan tərəf başlıqlı bir məqalədə yazır: Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxması Amerikanın beynəlxalq səhnədəki etibarına ağır zərbə olacaq. 

Məqalədə deyilir: Donald Tramp prezident kürsüsünə oturduğu gündən heç bir beynəlxalq razılaşmaya imza atmayıb və sadəcə Səudiyyə Ərəbistanı ilə bir neçə milyard dollarlıq müqavilə imzalayıb və bu da çox tərəfli beynəlxalq razılaşma hesab olunmur. 

Analitik portal yazır: ABŞ prezidenti əksinə beynəlxalq razılaşmaları pozmaq rolunu oynayır və təkrar olaraq önəmli beynəlxalq razılaşmalardan çıxır. 

Paris iqlim  razılaşmasından çıxan Tramp son günlər UNESCO-nun sionist rejimə qarşı etirazına görə bu təşkilatdan çıxdığını elan etdi və ölkəsinin Amerika,Kanada və Meksika sərbəst ticarət razılaşmasından çıxacağı anonsunu verdi.

Tramp həmçinin cümə günü etdiyi çıxışında lazım gələrsə Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramından da çıxacağını dedi. 

Teqlər