Okt 17, 2017 15:11 Asia/Baku
  • Filippin prezidenti: Maravi şəhəri azad edildi
    Filippin prezidenti: Maravi şəhəri azad edildi

Filippin prezidenti Maravi şəhərinin terrorçu İŞİD qrupunun ünsürlərinin işğalından azad edildiyini deyib.

Röytersin verdiyi məlumata görə, Rodriqo Duterte bu gün Filippin hərbçiləri qarşısında etdiyi çıxışında deyib: 148 gün müddətində İŞİD-in tabeliyində olan Maute terrorçuları tərəfindən işğal edilmiş Maravi şəhəri azad edilib. 

Filippin prezidenti İyul ayında Maravi şəhərinin bir hissəsinin İŞİD-in əlinə keçməsindən sonra fövqəladə vəziyyət elan etmişdi.