Okt 18, 2017 11:21 Asia/Baku
  • ABŞ prezidenti İrana qarşı yalan təbliğatları davam etdirir \ Tramp: İranın nüvə silahına yiyələnməsinə mane oldum

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı İran İslam Respublikasına qarşı mənfi təbliğatlarının davamında İranı təhlükəli düşmən adlandırıb və onun İranla bağlı yeni strategiyasının İran İslam Respublikasının nüvə silahına yiyələnməsinə mane olacağını iddia edib.

Trampın bu iddiasına baxmayaraq, İran nüvə silahına ehtiyaclı olmadığını dəfələrlə elan edib. Bunun səbəbi isə İran İslam İnqilabının Böyük Rəhbərinin fətvasına əsasın nüvə silahının haram elan edilməsidir. BMT, Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də İranın nüvə fəaliyyətlərinin dinc məqsədlər üçün olduğunu dəfələrlə təsdiq ediblər. 

İRİB-nin verdiyi məlumata görə, Donald Tramp "Heritage" fondunda etdiyi çıxışında İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı güclü sanksiyalar tətbiq etdiyini deyib. 

Tramp ötən cümə günü, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə anlaşmasına sadiq qalmasını təsdiq etməsinə baxmayaraq, İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiq etməyəcəyini bildirdi. Trampın bu rəftarı bu beynəlxalq anlaşmanı pozmaq məqsədi daşıyırdı. 

Avropa Birliyi və bir çox ölkə Trampın bu çıxışının ardınca, nüvə anlaşmasını dəstəklədiklərini elan etdilər. 

Tramp həmçinin, İran xalqına qarşı əsassız iddialarını təkrar edərək, İranın terrorizmi dəstəklədiyini iddia edərək, İraq və Suriyada terrorizm ilə mübarizədə mühüm rolu olan İran İslam İnqilabı Keşikçiləri Korpusunun adını sanksiyalar siyahısına daxil etdi. 

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah İraq və Suriyada bu ölkələrin rəsmi istəyi əsasında terrorizm ilə mübarizə bu ölkələrə kömək edir. Bu isə ABŞ və Trampın heç də xoşuna gəlmir. 

Teqlər