Okt 18, 2017 13:04 Asia/Baku
  • Korker: Avropa ABŞ-ı dəstəkləməsə, Trampın yeni İran strategiyası iflasa uğrayacaq

ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin sədri Avropanın ABŞ-ı dəstəkləməyəcəyi təqdirdə, bu ölkə prezidenti Donald Trampın İranla bağlı yeni strategiyasının iflasa uğrayacağını deyib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Bob Korker çərşənbə axşamı "Vaşinqton Eqzmayner" qəzeti ilə müsahibədə deyib: ABŞ prezidentinin İranla bağlı yeni strategiyasının uğur qazanması və ya iflasa uğraması Vaşinqtonun Avropanı öz yanına çəkməsindən asılıdır. 

Tramp cümə günü, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə anlaşmasına sadiq qalmasına dair 8 hesabatına əhəmiyyət verməyərək, İran İslam Respublikasının nüvə anlaşmasına sadiq qaldığını təsdiq etməyəcəyini bildirdi. 

Tramp davamlı olaraq Əhatəli Müştərək Təşəbbüs Proqramını(ƏMTP) dəhşətli anlaşma adlandıraraq, onu ləğv etmək niyyətində olduğunu bildirmişdi. Trampın bu qərarı dünya ictimaiyyəti və Avropa ölkələrinin tənqidləri ilə üzləşdi. 

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini şənbə günü bir daha ƏMTP-nin önəmini vurğulayaraq, dedi: Heç kim nüvə anlaşmasını ləğv edə bilməz. 

Fransa prezidenti Emanuel Makron da cümə günü İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə telefon danışığında Trampın İranla bağlı mövqeyinə əhəmiyyət verməyərək, nüvə anlaşmasını dəstəkləyib və Fransanın ƏMTP qarşısındakı öhdəliklərə sadiq qalacağını bildirib. 

Teqlər